Aktyor Halit Ərgənç aktrisa həyat yoldaşı Bərgüzar Korelin 36 yaşını qeyd etmək üçün restoran bağlatdırıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, aktyorun təşkil etdiyi ad günü partisinə cütlüyün dostları da qatılıb. Ərgənç restoranda masaların üzərinə ad gününüdən sosial şəbəkələrdə foto paylaşılmaması üçün xəbərdarlıq qeydləri də qoydurub.
Korel 5 il ardıcıl olaraq doğum gününü qeyd etmədiyini və çoxdan belə bir məclis arzuladığını bildirib. Aktyor isə xanımına aldığı hədiyyənin özəl olduğunu deyərək media nümayəndələrinə açıqlama verməyib.



Son xəbərlər
Son Xəbərlər