Əvvəlcə boşanmağa qərar verən, sonra üçüncü uşaqlarının dünyaya gələcəyini bilib barışan məşhur cütlük: aktrisa Meqan Foks və aktyor Brayan Ostin Qrin arasında gərginlik artmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, qərb KİV-nin məlumatına əsasən, hər iki tərəf evlilik dövründə bir-birinə xəyanət edib. Belə ki, Foksun repçi Məçin Qan Kelli ilə gizli sevgi yaşadığına dair xəbərlərdən sonra Qrinin də xəyanət etdiyi ilə bağlı şayiələr yayılıb.
Qeyd olunub ki, aktyor TV ulduzu Courtney Stodden ilə sevgilidir. Hətta cütlük bir neçə gün bundan əvvəl bir arada görüntülənib.


Son xəbərlər
Son Xəbərlər