Rusiyanın Əməkdar artisti Jasmin biznesmen həyat yoldaşı İlan Şorla az-az foto paylaşmağının səbəbini açıqlayıb.
“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, o, buna səbəb kimi ömür-gün yoldaşının çox məşğul olmasını göstərib:
“Xoşbəxtlik sakitliyi sevir. Ərim çox işləyir, fotosessiya hayında deyil”, - 44 yaşlı Jasmin izləyicilərinə cavab verib.
“Mənim o qədər etibarlı ailəm var ki, çoxları həsəd apara bilər. Vəziyyət çətindir. Uşaqlar soruşur: “Niyə ata gəlmir?”, “Nə vaxt onun yanına gedəcəyik?”. Böyük oğlum Mişa da (müğənninin ilk nikahından olan oğlu-red.) dostunun yanında olmamasına görə əziyyət çəkir. Telefonlar tam o deyil. Yəqin ki, hər bir insanın payına düşən sınaqdır. İnanıram ki, hər şey yaxşı olacaq. Həyat yoldaşımla bütün sınaqların öhdəsindən gələcəyik”, - daha əvvəl “StarHit”ə danışan Jasmin demişdi.
Xatırladaq ki, bir müddət əvvəl İlanın qanunla ciddi problemləri olub – biznesmen Moldovadakı bankdan böyük məbləğdə pul oğurlamaqda ittiham olunub. O vaxt Şor 7,5 il müddətinə həbs edilib, lakin vəkilləri onu bu cəzadan qurtara bilib. İlana ölkəni tərk etmək qadağan olunub, amma iki il əvvəl o, qoyulan məhdudiyyətə məhəl qoymayıb və bu səbəbdən beynəlxalq axtarışa verilib.
Bu məsələnin nə ilə bitdiyi məlum deyil. Jasmin izləyicilərini əri haqda yayılan şayiələrə inanmamağa çağırır. Bundan başqa, ifaçı həyat yoldaşını hər bir işində dəstəkləyir.
Qeyd edək ki, İ.Şor Jasminin ikinci həyat yoldaşıdır. 2011-ci ildə ailə quran cütlüyün Marqarita adlı qızı və Miron adlı oğlu var. Bundan əlavə, müğənninin ilk evliliyindən Mixail adlı oğlu var.





Son xəbərlər
Son Xəbərlər