Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəmnində qadın ağır xəsarət alıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.
Daha sonra qadın özünü avtomobildən yerə atıb.
O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər