Əri tərəfindən döyüldüyü dövrdə polisə 911 dəfə zəng edilib

eri-terefinden-doyulduyu-dovrde-polise-911-defe-zeng-edilib
Oxunma sayı: 2132

Qalmaqallı şəkildə boşanan Amber Herd və Conni Deppin şiddətlə bağlı məhkəmə prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, keçirilən sonuncu iclasda hakimə cütlüyün davası zamanı polisə edilən zənglərin səsləri müzakirə olunub. Amberin iddiasına görə, saçları yolunduğu, əri tərəfindən boğulduğu dövrdə polisin “qaynar xətt”inə 911 dəfə zəng edilib.

Zənglər 2016-cı ilin mayında saat 20:30-dan etibarən edilib. Bildirilib ki, Broadway 849 ünvanındakı evin çardağında zorakılıq edilir, təcili olaraq əraziyə polis cəlb edilsin.

Conni Deppin vəkili Adam Waldman iddiaları qəbul etməyib. O, “qaynar xətt”ə daxil olan zənglərin qurğu olduğunu bildirib.