Əri və oğlu Rusiyaya işləməyə gedən qadın özünü asdı

eri-ve-oglu-rusiyaya-islemeye-geden-qadin-ozunu-asdi
Oxunma sayı: 3796

Salyan rayonunun Kərimbəyli kənd sakini, 54 yaşlı Rəhimova Məhbubə Məzahim qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti ilgəklə asılmış vəziyyətdə dünən axşam saatlarında yaşadığı evdə aşkar edilib.

Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, əri və oğlu Rusiyaya işləməyə getdiyindən qadın tək yaşayırmış və intihar hadisəsinin də 2-3 gün əvvəl baş verdiyi ehtimal edilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.