Yanvarın 8-də Salyan rayonunun Çuxanlı kəndində baş verən qəza nəticəsində yaralananlardan biri vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 9-da sürücünün arvadı 62 yaşlı Mirvari Mirəhməd qızı Ağalarova xəstəxanada vəfat edib.
Xatırladaq ki, Neftçala şəhər sakini, 62 yaşlı Ağalarov Mircəfər Mirəhməd oğlu idarə etdiyi Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinə məxsus 47 AA 081 dövlət nömrə nişanlı “Renault“ markalı avtomaşın hərəkətdə olarkən sürücünün ani yuxuya getməsi səbəbindən yol nişanına dəyərək aşmışdı.
Hadisə nəticəsində avtomaşında olan Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinin müdiri, 62 yaşlı Asudə Həsən qızı Cəfərova, təşkilatın mühasibi və eyni zamanda, Neftçala Qadın Resurs Mərkəzinin sədri 51 yaşlı Gülqədəm Abduləli qızı Mirzəzadə yaralanıblar.
Asudə Cəfərovanın verdiyi məlumata görə, onlar Bakı şəhərində təşkilatın hesabatını verib qayıdırmışlar.

Son xəbərlər
Son Xəbərlər