Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığota mexanizmi çərçivəsində ərik və şaftalı (nektarin) bağlarının güzəştli sığortası başlayıb.
Aqrar Sığorta Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib.
Nəticədə Azərbaycanda bu meyvələri becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər.
Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağnın baza zərfi üzrə sığorta tarifləri 2,19%-4,48% arasındadır.
Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağnın baza zərfi üzrə sığortası üçün tariflər 2,55%-5,34% arasındadır.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Son xəbərlər
Son Xəbərlər