“Eriksen nəfəs alır və danışa bilir”

“Eriksen nəfəs alır və danışa bilir”
Oxunma sayı: 3971

Danimarka millisinin və "İnter"in futbolçusu Kristian Eriksenin agenti Martin Şuts oyunçunun son durumu barədə məlumat verib.

"Qafqazinfo" xəbər verir ki, o, "Radio 1"ə açıqlamasında 29  yaşlı futbolçunun nəfəs aldığını və danışa bildiyini deyib.

Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itmişdi. Bu səbəbdən oyun dayandırılmışdı.