“Ərim içki qabını üzümə tulladı”

erim-icki-qabini-uzume-tulladi
Oxunma sayı: 2639

Ötən il Çalkan Algünlə nikah bağlayan aktrisa Merve Sevi boşanır. “Qafqazinfo” xəbər verir ki, o, ötən həftə həyat yoldaşından ayrılmağı barədə qərar verib. 

Cütlüyün sosial mediada bir-birini təqibdən çıxarması yayılan şayiələri daha da alovlandırıb. Merve isə mətbuata açıqlamasında məlumatı təkizb edib. 

“Duymayan kalmasın” proqramında isə aktrisanın 8 aylıq əri tərəfindən döyüldüyü iddia edilib,. Bundan sonra Merve Algünü məhkməyə verib.   

Qərara əsasən, həyat yoldaşı M. Seviyə 6 ay müdətində yaxınlaşa bilməyəcək. Proqramın aparıcıları M. Sevinin şikayət ərizəsində “Ərim içki qabını üzümə tulladı” yazdığını deyiblər.