“Ərimdən hörmət xətrinə icazə alıram...” - Fotolar

erimden-hormet-xetrine-icaze-aliram
Oxunma sayı: 9338

Teleaparıcı Samirə Rüstəmova bir müddət efirlərdə görünməyəcək.

“Qafqazinfo”ya açıqlama verən aparıcı 18 yaşından televiziya sahəsində olduğunu söyləyib:

“Az müddətdir ki, efirlərdə görünmürəm. Hətta, hamiləlik dövründə belə efirə çıxırdım. Dekabrın ortalarından etibarən istirahətə çıxdım. 18 yaşından televiziya sahəsində çalışıram. Bu sahə həyatımın bir hissəsidir, yəqin ki, yenidən efirə qayıdacam. Amma bir müddət istirahət edəcəm, uşaq balacadı, ona baxmalıyam”. 

Samirə həyat yoldaşı Kənan Rəhimovla münasibətlərindən də danışıb:

“Həyat yoldaşımdan hörmət xətrinə icazə alıram. Bu o demək deyil ki, ondan çəkinirəm, qorxuram. Özümdən asılı olan bir şey deyil. Tək həyat yoldaşım yox, dostlarım, tanışlarıma qarşı da beləyəm. Kənan mənə qadağalar qoymur, psixoloqun həyat yoldaşı olmaq böyük xoşbəxtlikdir”.

Qeyd edək ki, Samirə psixoloq Kənan Rəhimovla 2014-cü ilin oktyabr ayında ailə həyatı qurub. Cütlüyün Rövşən adlı oğulları var.