“Ərimə qarşı çox haqsızlıq edildi”- - Gülün xanımından şok açıqlama

erime-qarsi-cox-haqsizliq-edildi-
Oxunma sayı: 3648


Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdullah Gül Çankaya köşkündə vida mərasimi keçirib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimə keçmiş birinci xanım Hayrünnisa Gülün sözləri damğa vurub. Belə ki, mərasimdə olduqca əsəbi olan H. Gül həyat yoldaşına qarşı seçkilər ərəfəsində xeyli haqsızlıq edildiyindən şikayətlənib:

“Çətin bir mərhələdən keçirik. Nələr yazıldığını gördük, nələr deyildiyini eşitdik. Mən hər şeyi bilirəm. Abdullah bəy üzülməyim deyə interneti bağlayırdı, qəzetləri məndən alırdı ki, oxumayım. Amma mən nəyin nə olduğunu çox yaxşı bilirəm. Abdullah bəy mədəniyyətli olduğuna görə heç nə demir. Ona qarşı çox haqsızlıqlar, hörmətsizlik edildi. Biz 28 fevral dövründə mənim hicabımın müzakirə edildiyi günlərdə belə bu qədər haqsızlıq görməmişdik”.