“Qafqazinfo”nun məlumatına görə, özəl həyatı haqda danışan aktrisa həyat yoldaşı, aktyor Halit Ergençdən söhbət açıb:
“Aktyorla evli olmağın daha çox üstünlükləri var. Bir-birimizə qarşı daha çox anlayışlı oluruq. Halit də, mən də iş saatlarıyla əlaqədar çətinlikləri bilirik, bu səbəbdən bu vəziyyət bir-birimizi anlamağımıza kömək edir. Ssenari gəldiyində, hekayəni paylaşmaq və qarşılıqlı fikir almaq da böyük üstünlükdür. Məsələn: bu il Halit az işlədi, mən çalışdığım üçün oğlumuz Əliylə daha çox zaman keçirdi.
Yeni mövsümdə də o çalışacaq, mən evdə olacağam. Aktyorla evli olmağın bəzən mənfi cəhətləri da olur. “Muhteşem yüzyıl”la “Karadayı” eyni vaxtda çəkiləndə çətinlik çəkdik, bir-birimizi görə bilmirdik, amma bu müvəqqəti bir dövr idi. O zaman bir-birimizə qarşı anlayışlı olduğumuz üçün şanslı bir cütlüyük”.
Korel evliliyin həyatında etdiyi dəyişikliklərdən də bəhs edib:
“Evlilik məni çox dəyişdirmədi. Onsuz da evlənmədən əvvəl də nizamlı yaşayan biriydim. Evliliyin təbii ki, fərqli məsuliyyətləri var, amma mən onsuz da anama da, yoldaşlarıma da qarşı məsuliyyətliyəm. Evliliyin həyatımı daha da asanlaşdırdığını deyə bilərəm. Bəzi şeyləri iki nəfərin yüklənməsi, tək başına o yükü almaqdan çox daha yaxşıdır”.
Könül
Son xəbərlər
Son Xəbərlər