“Ərimin xəyanətini Ecenin mesajından sonra öyrəndim”

erimin-xeyanetini-ecenin-mesajindan-sonra-oyrendim
Oxunma sayı: 3631

Aparıcı Ece Erkenin sevgilisi Şafak Mahmutyazıcıoğlu xanımı Benan Mahmutyazıcıoğlu açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, o, Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramına danışaraq həyat yoldaşının bir il aparıcı ilə eşq yaşadığını bildirib. 

Benan xəyanəti E. Erkenin mesajı vasitəsilə öyrəndiyini qeyd edib: “Münasibəti üç ay əvvəl öyrəndim. Xəyanətə qədər xoşbəxt bir ailəmiz var idi. Çox qırılmışam, ağlamışam. Universitet illərindən bir-birimizi sevmişik, sonra evlənmişik. Ərim üç aydır “səhv etmişəm, məni bağışla” deyir. Atamın vasitəsilə ilə məndən bir şans istədi. Bu söhbət bir gün əvvəl yaşanıb.  “Məndən boşanma” deyib qarşımda diz çökdü. Dedi ki, sənə özümü bağışlatdıracam. Amma mən xəyanəti Ece Erkenin mesajından sonra öyrənmişəm. Ece ərimin şəklini mənə atıb yazdı ki, yanımdadır”.