Ərindən boşanma səbəbi məlum oldu

erinden-bosanma-sebebi-melum-oldu
Oxunma sayı: 3415

Türkiyəli aktrisa Nehir Ərdoğanın əri, rejissor Əhməd Sesigürgildən boşanma səbəbi məlum olub.

“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, 2014-cü ildə ailə qurduqdan sonra Parisə köçən cütlük arasında mübahisələr başlayıb. Buna səbəb isə aktrisanın ərinin iş üçün tez-tez Türkiyəyə gəlib-getməyi olub. N. Ərdoğan həyat yoldaşının Türkiyəyə geri qayıtmaq barədə qərar verməsinə əsəbləşərək ötən ilin dekabrında məhkəməyə müraciət edib və ondan boşanıb.

Aktrisanın yaxınlarına “Parisdə yaşamağı heç nəyə dəyişmərəm. Məni kimsə bu şəhərdən ayıra bilməz” dediyi iddia olunur.

Qeyd edək ki, N. Ərdoğan “Yabancı damat”, “Aşk bir hayal”, “Tatlı bela Fadime” kimi seriallarda rol alıb.