“90 Day Fiance” televiziya şousu ilə məşhurlaşan Larissa Dos Santos Lima boşanmasını qeyd etmək üçün Las-Veqasda gecə klubunda əyləncə təşkil edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Larissa rəfiqələrini də dəvət etdiyi gecəyə yeni sevgilisi Eriklə gedib. Səhərədək əylənən cütlük daha sonra media nümayəndələrinin qarşısına çıxaraq şəkillər çəkdirib.
Qeyd edək ki, Larissanın eks-əri Colt Conson da bir gün əvvəl həmin gecə klubunda boşanmasını bayram etmişdi.
Xatırladaq ki, qalmaqallı boşanma məhkəməsi ilə gündəmdə olan Larissa keçmiş ərini döydüyü üçün bir müddət nəzarətdə saxlanılmışdı.





Son xəbərlər
Son Xəbərlər