Ərinə görə hamı onu vəkil seçir

erine-gore-hami-onu-vekil-secir
Oxunma sayı: 2471

 

İngiltərə Ədliyyə naziri Eduard Faulks aktyor Corc Kluneyin vəkil həyat yoldaşı Amal Kluneydən danışıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir insan hüquqlarını müdafiə edən Amalın kariyerasını ərinin sayəsində qurduğunu bildirib:

“Əminəm ki, böyük və əhəmiyyətli məhkəmə işlərini Corc Kluneylə evli olduğu üçün alır. Hər kəs Amal Kluneyi istəyir. Beləcə, baxdığı iddialar ictimaiyyətin diqqətini çəkir”.

Könül