Ərinə narkotik vasitə gətirdi, saxlanıldı - Foto

erine-narkotik-vasite-getirdi-saxlanildi
Oxunma sayı: 1072

Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

“Qafqazinfo”nun məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə -“metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.