Ərini öldürən qadınla bağlı yeni proses başlayır

erini-olduren-qadinla-bagli-yeni-proses-baslayir
Oxunma sayı: 740

Məmur ərini öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə iyunun 8-də keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini, 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalidə İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd