Ərinin 40-ı çıxmadan yarışa qatıldı

erinin-40-i-cixmadan-yarisa-qatildi
Oxunma sayı: 3928

Bir müddət öncə Ukraynada boğazı kəsilərək öldürülən prodüser Emir Şaşmazın həyat yoldaşı Nazlı Hamarat “İşte benim stilim all star” yarışmasına qatılıb.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərinin ölümü ilə barışa bilmədiyini bildirən Hamarat vəfat edən həyat yoldaşının 40-ı çıxmadan yarışmaya qatılmasına aydınlıq gətirib:

“Həyat yoldaşımın öldüyünə uzun müddət inana bilmədim. O burada olmağımı çox istəyərdi. İlk qatıldığımda da məni studiyadakı kreslolarda oturub dəstəkləmişdi. Onu unuda bilmirəm. Həyat yoldaşım mənim bu proqramda özümü inkişaf etdirdiyimi düşünürdü. Yenə qatılmağımı özü də istəyərdi. Çox yaxşı bilirəm. Bunu bir vəsiyyət kimi görürəm. Bu dəfə həyat yoldaşım üçün buradayam”.
Könül