Türkiyəli aktrisa Neslihan Atagül İnstaqram hesabında həyat yoldaşı, aktyor Kadir Doğulunun şəklini paylaşaraq ingilis-dilində “Hero! Love you” (“Qəhrəman! Səni sevirəm”) şərhini yazıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisanın bu paylaşımına əri isə “I love you 2 baby” (“Mən də səni sevirəm, körpəm”) cavabını yazıb.
Aktrisanın bəzi fanatları Doğulunun cavabını başa düşmədiklərindən avtomatik tərcümə proqramından istifadə etməli olublar. Nəticədə isə, “Səni sevirəm 2 körpə” cümləsi ilə rastlaşıblar. Bu isə onlarda “Neslihan hamilədir...Körpə gəlir” fikrini yaradıb.

Son xəbərlər
Son Xəbərlər