Ərinin dostunu bıçaqlayana şərti cəza verildi

erinin-dostunu-bicaqlayana-serti-ceza-verildi
Oxunma sayı: 2386

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin dostunu bıçaqlamaqda təqsirləndirilən Gülnar Məmmədovaya hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə G. Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb. 

Hadisə 2017-ci il sentyabrın 26-da davam etdiriləcək. Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib. Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub və sağ qalıb. 

A. Quliyev Gülnar Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb. Bu barədə Gülnar Məmmədova ona xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini tələb edib, lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb. Qadın mətbəxdən bıçaq götürərək Azad Quliyevin döş qəfəsindən xəsarət yetirib. 

Murad Əhməd