Ərinin ikinci arvadı və öz qızı tərəfindən döyüldü

erinin-ikinci-arvadi-ve-oz-qizi-terefinden-doyuldu
Oxunma sayı: 729

Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən  döyüldüyünü bildirib.  Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.
 
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.