Ərinin nəvəsi yaşında göründüyünü dedilər... - Fotolar

erinin-nevesi-yasinda-gorunduyunu-dediler
Oxunma sayı: 5619

Ötən gün Əməkdar artist Nüşabə Ələsgərlinin Cənubi Azərbaycandan olan həyat yoldaşı Rza Toni ilə sosial şəbəkədə yaydığı fotolar müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, 53 yaşlı müğənninin sözügedən paylaşımından sonra instaqram istifadəçiləri ifaçının ərinin daha gənc göründüyünü, kinayə ilə onun nəvəsi yaşında olduğunu qeyd ediblər.

Qalmaqallardan hər zaman uzaq olan Ələsgərli yazılan rəylərə münasibət bildirib. O, tənqidlərə qeyri-etik ifadələrlə cavab verib.