Ərizələrin MSK-ya təqdim edilməsi üçün müddət bitir

erizelerin-msk-ya-teqdim-edilmesi-ucun-muddet-bitir
Oxunma sayı: 1739

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı prosedur yanvarın 28-dək yekunlaşmalıdır.

Belə ki, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gələrkən MSK-da qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər.

Zaur Mirza