Erkən finalın qalibi İtaliya oldu- - Yenilənib+Fotolar

erken-finalin-qalibi-italiya-oldu-
Oxunma sayı: 1767


"Qafqazinfo" xəbər verir ki, çempionluğa iddialı iki komanda İtaliya və İngiltərə komandaları qarşı-qarşıya gəlirlər.Hər iki komanda bu matçı qazanmaq əzmindədir. Maraqlı oyun futbolçular üçün elə də maraqlı olmayan hava şəraitinə malik Manuas şəhərində keçiriləcək. Temperaturun 35 dərəcəyə qədər yüksəldiyi rütbətin 90 % -ə qədər olduğu Manuas bu matçı avropalılar üçün çətin edəcəyi dəqiqdir. Dəqiq olan digər faktor isə İtaliyanın əsas qapıçısı təcrübəli Buffonun zədəli olması və yerini gənc qapıçı Siriquya verməsidir. Matç 46 min azarkeş tutumuna malik "Amazon Arena"da keçirilir.  Komandaların start heyətləri belədir:

İngiltərə: Xart, Conson, Jaqelka, Keyhl, Beyns, Cerrard, Xenderson, Uelbek, Sterlinq, Runi, Starridj.

İtaliya: Siriqu, Kellini, Paletta, Barsali, Darmian, de Rossi, Pirlo, Verratti, Kandreva, Markizio, Balotelli.

***

16 dəqiqənin tamamında ən real qol vəziyyəti ingilislərdən gəldi. Sterlinqin mükəmməl zərbəsi qapıdan cüzi aralı keçdi.Ancaq bu dəqiqələrdə  İtaliya yığması topa nəzarəti öz əlinə keçirib.

***

34-cü dəqiqədə Klaudiyo Markizyo mükəmməl zərbə ilə hesabı açdı. 

***

Markizyonun qolundan iki dəqiqə sonra Staric İngiltərənin bərabərlik qolunu vurdu.1-1

***

Birinci 45 dəqiqə 1-1 hesablı bərabərliklə yekunlaşdı

***

50-ci dəqiqə Mario Balotelli İtaliyanı yenidən hesabda önə keçirdi

***

İtaliya ilk oyunda güclü rəqibi İngiltərəni 2-1 hesabı ilə məğlub etməklə 3 xalı qazandı

İqbal