Millət vəkili Erkin Qədirli Avropa Məhkəməsi üçün hakimlərin seçilməsi üzrə Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitəsinə üzv təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov məlumat yayıb.
“Onun namizədliyini Avropa Mühafizəkarlar fraksiyası irəli sürmüşdü. 22 nəfərlik komitə AŞPA-nın yeganə komitəsidir ki, orada üzvlük üçün siyasi mənsubiyyətdən başqa yüksək peşəkarlıq da tələb olunur”, - partiya sədri qeyd edib.
Son xəbərlər
Son Xəbərlər