İdarə Heyətinin üzvü olan E.Qədirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İdarə Heyəti qərar qəbul edib və onun bu haqda danışması düzgün olmazdı:
“Qərarda hər şey olduğu kimi göstərilib, izah edilib. Mənim buna şərh verməyim düzgün olmaz. Əgər nə isə yeni bir məlumat öyrənmək istəyirsinizsə, o zaman bu qərarı qəbul edənlərdən soruşun”.
***
Teleqraf.com-a açıqlamasında isə Erkin Qədirli REAL-ın Məclis başqanlığından uzaqlaşdırılması barədə qərarı belə şərh edib:
"Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu. Sadəcə olaraq, vaxt tapıb dünən nəhayət ki, rəsmiləşdirdilər. Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı”.
İdarə Heyətində çox tənqid olunduğunu söyləyən E.Qədirli bildirdi ki, öz arqumentlərimi deməyə çalışıb: “Amma əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı. Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım düzgün olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlıərinin səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə msələhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq. Iclasda özüm də iştirak etmişdim”.
E.Qədirli qərarı sərt sayır: “Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompramis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay gözləməliyəm. Yəqin, məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm”.
***
REAl rəhbərliyindən azad olunan Erkin Qədirli 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini də istisna etməyib. Bu barədə o, haqqın.az-a açıqlamasında deyib:
“Mənə heç kim heç nə vəd etməyib. Seçkilərə REAL üzvü kimi gedəcəm. Əks təqdirdə, niyə görə siyasətdə qalmalıyam?”.
Son xəbərlər
Son Xəbərlər