“Erkin Qədirli üçün tort kəsmişik”

erkin-qedirli-ucun-tort-kesmisik
Oxunma sayı: 1852


- Erkin Qədirlinin İdarə Heyətinin sədrliyindən çıxarılmasının Fransa prezidenti Fransua Ollandla görüşü ilə əlaqəsi olduğunu deyənlər var. Bu belədirmi? 

-Yanlış məlumatdır. Çünki hər həftənin birinci günü İdarə Heyətinin görüşü olur. Bu qərarla bağlı danışıqlar və müzakirələr REAL Hərəkatında artıq bir aya yaxın idi ki, davam edirdi. Açıqlamamızda da bildirilib ki, İH- də müzakirələr olub və şifahi şəkildə Erkin Qədirliyə xəbərdarlıq edilib. Bəzi yanlış və REAL-ın proqramı ilə təzad təşkil edən fikirlərin düzəldilməsi üçün ona müəyyən vaxt tanımışdıq. Təəssüf ki, bu baş vermədi. Biz REAL İH-nın qərarı ilə bu addımı atmaq məcburiyyətində qaldıq. Qərarın onun Fransua Ollandla görüşü ilə heç bir əlaqəsi yoxdur. Sadəcə təsadüfən həmin günə təsadüf etdiyi üçün belə bir qərar alındı. Bundan sonra Erkin Qədirli REAL İH-nin üzvü kimi beynəlxalq görüşlərdə iştirak edəcək. Burda heç bir məhdudiyyət və yaxud da əngəl olmayacaq. 

- Qeyd edirsiniz ki, Erkin Qədirli barəsində bir aya yaxın idi ki, narazılıq var idi. Belə olan təqdirdə niyə dünən Fransa prezidenti ilə görüşə Erkin Qədirli getmişdi? 

- E. Qədirli REAL Hərəkatının qurucularından biri, İH-nin üzvüdür. Beynəlxalq danışıqların bir çoxunda məhz Erkin Qədirli iştirak edib. Bu öncədən də belə qərarlaşdırılıb. Burda heç bir problem yoxdur. Bundan sonrakı görüşlərdə də İH-nin 12 üzvündən biri kimi beynəlxalq görüşlərdə iştirak edəcək. 

- Bu gün həm də Erkin Qədirlinin ad günüdür. Qərarı bir neçə gün sonra açıqlamaq mümkün deyildimi?

- Siyasəti şəxsiləşdirmək düzgün deyil. Siyasi münasibətlərlə şəxsi münasibətlərin heç bir əlaqəsi olmamalıdır. Siyasət dəyərlər və prinsiplər üzərində qurulmalıdır. Səhər REAL Hərəkatının ofisində Erkinin ad gününü də təbrik etmişik. Özü də burdaydı. Tort kəsmişik. Axşam da çox güman ki İH-nın üzvlərinin hamısı ilə birlikdə Erkin Qədirlinin ad gününü qeyd edəcəyik.

Günel