Erkin Qədirlinin şikayəti təmin edilmədi

erkin-qedirlinin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 2076

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı  Yasamal  seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Lider namizəd Erkin Qədirli müraciətində seçkilərin nəticələrindən razı olduğunu bildirib. 

Ancaq 1,4,11,13,21,27,28,29 saylı məntəqələrdə seçkilərin nəticələrini ləğv edilməsini istəyib. 

MSK lider namizədin şikayətini təmin etməyib. 

Günel Türksoy