“Ərköyün övladı haqq-ədalətə gətirməyin vaxtı çatıb”

erkoyun-ovladi-haqq-edalete-getirmeyin-vaxti-catib
Oxunma sayı: 2371

“Ermənistanm tərəfi sülh müqaviləsinin bağlanılmasını, yollarının və kommunikasiyaların açılmasını 30 il uzatmaq istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib. 

Xəbəri rus dilində oxuyun: Манаф Агаев не подчинился полиции и пытался сбежать - Подробности ареста

“Buna isə Azərbaycanın, dünyanın nə vaxtı, nə də həvəsi var. Ona görə də Ermənistan tərəfi açsın qulaqlarını eşitsin və konkret olaraq bu məsələlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”, - deyə millət vəkili qeyd edib. 

O, xatırladıb ki, aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar Ermənistana ərköyün övlad kimi münasibətlər bəsləyiblər: “Artıq onlar Ermənistana bu istiqamətdə xəbərdarlıq etməldir. Ərköyün övladı haqq-ədalətə gətirməyin vaxtı çatıb”.

Eldar Tanrıverdi