“Ərkyana vurmaq istəyib, bərk alınıb” - Döyülən uşağın atası+Video

erkyana-vurmaq-isteyib-berk-alinib
Oxunma sayı: 5987

“Həmin şəxs bizim ailə üzvümüz sayılır. Bəlkə də, ərkyana vurmaq istəyib, bir az bərk alınıb. Belə olmasına baxmayaraq, yenə deyirəm, yumşaq və ya sərt şəkildə uşağa şiddət olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev bildirib.

R.Mirzəliyev övladına şiddət göstərən tərbiyəçidən şikayətçi olmadığını deyir:

“Qohumdur, istəməzdim belə olsun. Uşaq da hadisə barədə məlumat vermədi. Bir şeyi də qeyd edim ki, bundan başqa mənim iki qızım da həmin bağçada təhsil alıblar. Bu vaxta qədər müəllim, müdiriyyətdən bizim hər hansı şikayətimiz olmayıb.

Tərbiyəçi Polis Şöbəsindəki izahatında bildirdi ki, bilməyərəkdən edib. Əsəbiləşərək etdiyini deyib, olmamalı idi, oldu. Üzrxahlıq etdi. Məndə olan məlumata görə, görüntülər həmin bağçada olan təcrübəçi tərəfindən yayılıb”.

Ata Mirzəliyev bu məsələyə tezliklə son qoyulmasını istəyir: “Çünki müəllim yetərincə cəzalandırıldı. İşdən də azad olundu”.