Norveç millisinin hücumçusu Erlinq Haalandla İsveç yığmasının oyunçusu Aleksander Miloşeviç dava edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən keçirilən Millətlər Liqasının Norveç – İsveç oyununda baş verib.
Haaland oyundan sonra verdiyi açıqlamada Miloşeviçin onu təhqir etdiyini söyləyib: “O, məni fahişə adlandırdı. Amma mən əminliklə deyə bilərəm ki, bu, belə deyil. İkincisi, dedi ki, sənin ayağını sındıracağam. Bundan dəqiqə yarım sonra isə qol vurdum. Hər şey əla idi”.
Son xəbərlər
Son Xəbərlər