ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində mer postuna erməni Ara Nadcaryan seçilib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, o, bu postda 2018-ci ilin aprelində bir il müddətinə mer seçilən Ermənistan vətəndaşı Zara Sinanyanı əvəzləyib.
Qeyd olunur ki, A. Nadcaryan şəhərin meri postuna artıq 4-cü dəfədir ki, seçilir. O, ilk dəfə 2005-ci ildə Qlendeylin meri olub.
Son xəbərlər
Son Xəbərlər