“Bu gün Martirosianlar ailəsini üçüncü ölkəyə yola saldıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu AzadlıqRadiosuna Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Ermənistan “Ölkədaxili Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vahan Martirosianın Azərbaycanda qalmaq istəməməsinin səbəbi ilə bağlı sualı N.Cəfəroğlu belə cavablandırıb: “Ailə Azərbaycanda qalmaq üçün sığınacaq istəmədi. Bu da göstərirdi ki, ailə üçüncü bir ölkəyə getməkdə maraqlıdır”.
Hüquq müdafiəçisi onun getdiyi ölkənin adını açıqlamayıb.
Qeyd edək ki, Vahan Martirosian 2015-ci ilin sentyabrında xanımı və oğlu ilə birlikdə Azərbaycana gəlmişdi. O, media qarşısında çıxış edərək Ermənistandakı ictimai-siyasi durumun ağır olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər