Erməni biznesmenə qarşı dəhşətli ittiham- - Arvadını, qızını öldürdü+Fotolar

ermeni-biznesmene-qarsi-dehsetli-ittiham-
Oxunma sayı: 3651


Qadını və uşağı qətlə yetirməkdə şübhəli bilinən ailənin başçısı erməni sahibkar saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, ilkin versiyaya əsasən, 51 yaşlı Xoren Kazaryan ailə münaqişəsi zəminində  həyat yoldaşı Viktoriya Karaqulyanı və 7 yaşlı qızını qətlə yetirib.     

İstintaqın ikin məlumatına əsasən, Xoren Kazaryan  fevralın 13-ü axşam saatlarında yoldaşı Viktoriya Karaqulyan ilə mübahisə etdikdən sonra kart oynamağa gedib. Gecə saatlarında evə döndükdə Viktoriya qapını ona açmayıb və telefon zənglərinə də cavab verməyib.   

İstintaqın versiyasına görə, Xoren Kazaryan  bundan sonra yeraltı qaraja enərək gecəni avtomobilində keçirib. Hadisədən bərk qəzəblənən sahibkar səhər saatlarında dırmaşaraq evin 3-cü mərtəbəsində yerləşən eyvanına daxil olmağa müvəffəq olub və buradan liftlə evin birinci mərtəbəsinə enərək qətli törədib.   

İlkin məlumata görə,  Xoren Kazaryanın birinci qurbanı yoldaşı Viktoriya olub. Ağır bıçaq yarası almış qadın son anda qaçaraq evin ikinci mərtəbəsində yerləşən vanna otağında gizlənib və elə oradaca keçinib. Onun meyiti sonradan məhz burada aşkarlanıb. Daha sonra Xoren Kazaryan 7 yaşlı qızının bel nahiyəsinə bıçaqla zərbə endirərək onu qətlə yetirib. Qətlləri törətdikdən sonra Xoren Kazaryan duş qəbul edərək evi tərk edib.  

Səhər saatlarında Xoren Kazaryan yoldaşının  zənglərə cavab verməməsini və qapını açmamasını səbəb gətirərək “həyəcan təbili” çalıb. Hadisə yerinə gələn polis qapını qıraraq mənzilə daxil olub və dəhşətli mənzərə ilə qarşılaşıb. 

Uzərində qan izləri olan bıçaq mətbəxdə qabyuyan maşında aşkarlanıb. 

Bundan əvvəl  Viktoriya Karaqulyannın qızını qətlə yetirdiyi, daha sonra isə intihar etdiyi ehtimal olunurdu. 

Xoren Kazaryan Rusiyada fəaliyyət göstərən “Mobilift Rusland” şirkətinin baş direktorudur. Onun daha bir neçə şirkətin sahibi olduğu  bildirilir.