Erməni deputatdan Qarabağla bağlı çağırış

ermeni-deputatdan-qarabagla-bagli-cagiris
Oxunma sayı: 4937

"Düşünürəm ki, Ermənistan tərəfi, xüsusilə cəmiyyətimiz baş verənlərdən sonra qorxularından xilas olmalı, Qarabağ məsələsinə həssaslıq göstərməməlidir".

"Qafqazinfo" erməni mediasına istinadən xəbər verir ki, bunu hakim "Mənim addımım" blokundan millət vəkili Viktor Yengibaryan parlamentin iclasında deyib.

"Siyasi qüvvələr insanların hissləri ilə oynamağı dayandırmalıdır. Bu çox incə bir məsələdir və siyasi qüvvələr bunu manipulyasiya etdikdə, bu məsələyə belə həssas bir münasibətin rasional siyasət yürütməyimizə mane olduğu ortaya çıxır", - deyə erməni millət vəkili bildirib.