Erməni deputatlar İstanbula getdilər

ermeni-deputatlar-istanbula-getdiler
Oxunma sayı: 1635

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatları Hasmik Hakopyan və Çovinar Vardanyan İstanbula səfər ediblər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni deputatlar İstanbulda Parlamentlərarası İttifaqın miqrasiya məsələsinə həsr olunan forumunda iştirak edəcəklər.

Məlumata görə, erməni deputatlar Türkiyəyə iyunun 19-u yollanıblar və iyunun 22-si geri dönəcəklər.