"Qafqazinfo" Anspress-ə istinadən xəbər verir ki, bu iddia ilə “Sputnik Armenii” radiostansiyasının efirində politoloq Mikael Yalanüzyan çıxış edib.
Erməni ekspert iddia edib ki, Bakı əsir düşmüş və tərəf dəyişmiş əsgərlərdən çox bacarıqla istifadə edir, xüsusilə də, öz təbliğatını erməni KİV-ləri vasitəsi ilə uğurla qurur.
Yalanüzyan bildirib ki, Azərbaycan jurnalistlərinin materiallarını dərc edib yayan erməni nəşrləri düşmənin dəyirmanına su tökür.
Nümunə kimi o, yenə də Azərbaycan tərəfinə keçmiş erməni əsgərini göstərib. Onun fikrincə, məsələ Azərbaycan mətbuatı tərəfindən çox şişirdilib və konkret olaraq erməni auditoriyasına yönəldilib.
Son xəbərlər
Son Xəbərlər