Ermənistan ordusu daha bir əsgərini itirib.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası alan əsgərin meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib.
Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər