Erməni əsgərlərin öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub - Video

ermeni-esgerlerin-olduyu-herbi-hisse-qerbi-azerbaycanlinin-evi-olub
Oxunma sayı: 1770

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

AZTV əməkdaşları 35 ildir evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub.

Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı reportajda tanış ola bilərsiniz: