Erməni futbolçu Bakıya niyə gəlmədi?

Erməni futbolçu Bakıya niyə gəlmədi?
Oxunma sayı: 2279

Qazaxıstan "Kayrat"ının baş məşqçisi Kurban Berdıyev erməni futbolçu Kamo Ohanesyanın "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gəlməməsinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu söyləyib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.