Erməni futbolçu Türk klubuna qayıtdı - “Peşmanam”

ermeni-futbolcu-turk-klubuna-qayitdi
Oxunma sayı: 2084

“Beşiktaş”ın erməni futbolçusu Araz Özbiliz İspaniyanın “Rayo Valyekano” klubunda icarə əsasında oynadıqdan sonra İstanbul klubuna geri dönüb.

Qafqazinfo” xəbər verir ki, Sequndaya yuvarlanan “Rayo Valyekano”da 3 oyuna çıxmaq şansı qazanan futbolçu İspaniyaya getdiyi üçün peşman olduğunu bildirib: “İspaniyaya getdiyim üçün peşmanam. Kaş ki, getməyəydim. Orda oynamaq şansı qazanmadım. Bundan sonra “Beşiktaş”ın təlim-məşq toplanışını gözləyirəm”.