Erməni gənclərinin erməniliyi

ermeni-genclerinin-ermeniliyi-
Oxunma sayı: 2538

Ermənistanda kitab satışı mağazalarında Dağlıq Qarabağın yarısının Azərbaycanın tərkib hissəsi kimi göstərilən Ermənistan və Arsax xəritələrinin satışı erməni gənclərini qəzəbləndirib. “Qafqazinfo”nun məlumatına görə, “Öz ölkəni tanı” adlı kampaniyaya başlayan gənclər bildiriblər ki, hansısa erməni naşiri Qarabağın yarısını Azərbaycana hədiyyə edib. Erməni gənclər qəzəblərini bu cür ifadə ediblər: “Hansısa naşirlər xəritələrində bizim babalarımızın torpaqlarını Azərbaycana hədiyyə edirlər. Azərbaycanlılar təkcə bugünkü Dağlıq Qarabağı mənimsəmirlər, Syuniki (Zəngəzur) bölərək oxu Dağlıq Qarabağdan Naxçıvana keçirirlər”.

Gənclər “Öz ölkəni tanı” kampaniyası ilə antimillət xəritələrinin naşirlərini Azərbaycan təbliğatçılıq maşınının dəyirmanına suyu tökməməyə, bu biabırçılığın yayılmasına imkan yaratmamağa çağırıblar.

Nərgiz Ehlamqızı