Erməni generalın anasından sonra oğlunun da evi qarət edildi

ermeni-generalin-anasindan-sonra-oglunun-da-evi-qaret-edildi
Oxunma sayı: 1136

Bir müddət öncə həbs edilib, daha sonra sərbəst buraxılan Ermənistanın sabiq deputat-generalı Manvel Qriqoryanın oğlunun evi qarət edilib.

“Qafqazinfo”nun “Shamshyan.com”a istinadən xəbərinə görə, Armavir vilayətinin istintaq idarəsində külli miqdarda oğurluq faktı üzrə cinayət işi açılıb.

Bildirilir ki, Eçmiədzin sakini Ripsime Akopyan (M. Qriqoryanın gəlini) polisə müraciət edərək fevralın 23-də naməlum şəxslərin mənzilinin pəncərəsindəki barmaqlığı sındıraraq bahalı əşyalar, rəsm əsərləri və digər əşyaları oğurladıqlarını söyləyib. 

Bundan başqa, Eçmiədzinin sabiq meri Karen Qriqoryanın arvadının geyimləri, “Vinçester” tapançası və sənədlər oğurlanıb. Polis cinayətkarların şəxsiyyətini müəyyənləşdirmək üçün lazımi tədbirlər görür. 

Qeyd edək ki, bundan bir neçə gün öncə M. Qriqoryanın anasının evindən də oğurluq edilib.

Xatırladaq ki, M. Qriqoryan qanunsuz silah saxlamaqda, külli miqdarda dövlət vəsaitini, eləcə də hərbçilərə aid silah və ərzaq məhsullarını mənimsəməkdə ittiham edilir. 

O, Cəbrayılı və Füzulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.