“Qafqazinfo”un futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, rus jurnalistlərdən biri Sankt-Peterburqun baş məşqçisi Vladimir Kazaçonoka komandasının erməni üzvü David Martirosyanla bağlı belə bir sual verib: "Siz Martirosyanı ikinci hissədə meydana buraxdız. Bu dəyişiklik təxribat xarakteri daşımırdı ki? Nəzərə alaq ki, Azərbaycanla Ermənistan müharibə şəraitində yaşayır”.
Cavabında rusiyalı məşqçi deyib: "David Martirosyanı meydana buraxmağımız təxribat deyildi. O, əvəzetmədən oyuna qoşularkən daim özünü yaxşı tərəfdən göstərir”.
Jurnalistin sualı millimizin baş məşqçisi Nikolay Adamın isə narazılığına səbəb olub. Alman məşqçi həmkarının cavabından sonra söz alaraq deyib: "Biz futbol oynayırıq. Futbolu siyasətə çevirməyə ehtiyac yoxdur. Sizin sualınız təxribatdır. Dünyada onsuz da kifayət qədər problem var. Belə söhbətlərə ehtiyac yoxdur”.
Son xəbərlər
Son Xəbərlər