Erməni hərbçi öldü

ermeni-herbci-oldu
Oxunma sayı: 2923

Mayın 14-də Ermənistanın Vayotsdzor rayonunun (Naxçıvanla sərhəddə - red.) ərazisində erməni əsgəri öldürülüb.

QafqazinfoOxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölən şəxs 25 yaşlı Aram Ohanyandır.

Xatırladaq ki, mayın 12-də Ermənistanın Silahlı Qüvvələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki mövqelərini atəşə tutmuşdular.

Düşmən təxribatı nəticəsində əsgərimiz Yusif Quluzadə yaralanmışdı.