Erməni hərbçi yol qəzasında ölüb

ermeni-herbci-yol-qezasinda-olub
Oxunma sayı: 725

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Syunik əyalətində baş verən yol qəzasında ölüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Karçevan kənd sakini X.Qevorqyanın idarə etdiyi “Vaz 2107” markalı avtomobillə İran dövlət nişanlı “Volvo” yük maşını toqquşub. İlkin versiyaya görə, qəzaya səbəb “Jiquli”nin sürücüsünün qarşı yola çıxması olub. Qəza zamanı hərbçi Qevorqyan hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib.