Erməni hərbçilər ağır qəzaya düşdü

ermeni-herbciler-agir-qezaya-dusdu
Oxunma sayı: 2981

Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı hərbi yük maşını aşıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Ararat vilayətində baş verən qəzada 5 hərbçi xəsarət alıb. 

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, əsgərlər nazirliyin Mərkəzi hərbi klinik hospitalında müalicə olunacaqlar.

Aysel Kərimova