Ermənistan ordusunun hərbçiləri döyüş mövqeyində mühəndislik işlərinin icrası zamanı partlayıcı qurğunun partlaması nəticəsində xəsarət alıblar.
“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də baş verib.
Hərbçilər müxtəlif bədən xəsarətləri alıblar. Onlar Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Xəstəxanasına yerləşdiriliblər.
İstintaq Komitəsində insidentlə bağlı hərbi xidmətə səhlənkar münasibət maddəsi ilə cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər